“Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Altmış altı vergi ödəyicisi barədə bələdiyyə iclasının qəbul etdiyi aktları Qanunvericiliyə uyğun rayon icra şöbəsinə göndərilmişdir”- bu barədə məlumatı Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev bildirib.
Sədr bildirib ki, bələdiyyəni bu istiqamətdə apardığı səmərəli fəaliyyəti nəticəsində Buzovna bələdiyyəsinin büdcəsinə 23.301 manat vəsait daxil olmuşdur.
Ödənilmiş vergilər və ödənişlər bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Sədr açıqlamasında daha sonra bildirib ki, bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 7854 ev təsərrüfatı və 256 təsərrüfat subyektləri mövcuddur.
Göstərilən 7854 vergi ödəyiciləridən hesabat dövründə 5484 ödəyici vergiyə cəlb olunmuşdur, (bunlardan 471 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 132 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2 - dən aşağı olan birotaqlı mənzillərdir.
Belediyye.info